2019-05-29

28 may 2019-cu il tarixində Praqada yerləşən “Prezident” otelində Azərbaycanın Çexiyadakı Səfirliyinin təşkilatçılığı və ölkəmizin Karlovı Varı şəhərindəki Fəxri Konsulluğunun dəstəyi ilə Respublika Gününə həsr edilmiş ziyafət təşkil edilib.

Ziyafətdə Çexiyanın dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, parlamentin üzvləri, səfirlər, diplomatik korpusun digər nümayəndələri, habelə Çexiya ictimaiyyətinin tanınmış simaları və Azərbaycan icmasının üzvləri iştirak edib.

Tədbirin açılış nitqində XX əsrin əvvələrində  ölkəmizin yerləşdiyi regionda baş verən siyasi proseslərə nəzər yetirilərək, ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika olduğu və Azərbaycanın müstəqilliyini yenidən qazandıqdan sonra bu günün hər il  təntənəli şəkildə qeyd edildiyi diqqətə çatdırılıb.

Çex Respublikasının Baş Nazirinin birinci müavini, daxili işlər naziri Yan Hamaçek çıxışında Azərbaycan xalqını təbrik edərək, iki ölkə arasında siyasi, humanitar və mədəni əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini, Azərbaycanın Çexiya üçün vacib tərəfdaş olduğunu qeyd edib.

Ziyafətdə Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət şam yeməyi qonaqlara təqdim olunub.

Arxiv üzrə axtarış