2019-12-02

1 dekabr 2019-cu il tarixində Praqa Hilton Hotelində Diplomatların Həyat yoldaşları Assosiasiyası tərəfindən Beynəlxalq Milad Festivalı təşkil edilib.

Sözügedən festival çərçivəsində Çexiyada akkreditə olunmuş müxtəlif səfirliklərin stendləri ilə yanaşı, Azərbaycan səfirliyinin stendi quraşdırılıb və ölkəmizə məxsus məhsullar, hədiyyələr, suvenirlər, Azərbaycan şirniyyatı, içkilər, habelə müxtəlif kitab və broşürlər xeyriyyə məqsədi ilə satışa çıxarılıb. Festivalın mədəniyyət proqramında Azərbaycanın milli rəqsi ''Sarı Gəlin'' nümayiş etdirilib.

Çex Respublikasının Xarici İşlər naziri Tomaş Petrşiçek də festivalda iştirak edib, ölkəmizin stendi ilə yaxından tanış olub.

Festival ərzində Azərbaycan stendi tədbir iştirakçılarının marağına səbəb olub və qonaqlara ölkəmizlə bağlı təbliğat materialları paylanılıb.

Satışdan toplanan vəsait Çexiya Respublikasında mövcud olan müxtəlif xeyriyyə təşkilatlarını dəstəkləməyə yönəldilib.

Arxiv üzrə axtarış