2021-01-20

19 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində 1990-cu ilin 20 yanvar qətliamının 31-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

19 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə 1990-cu ilin 20 yanvar qətliamının 31-ci il dönümünə həsr
olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən səfir A. Məmmədov Azərbaycanın yaxın tarixinə nəzər salaraq, o dövrdə cərəyan edən siyasi proseslər haqqında tədbir iştirakçılarını məlumatlandırmış, 20 yanvar
hadisələri və Azərbaycan xalqının müstəqillik uğrunda müqəddəs mübarizəsi haqqında geniş məlumat vermişdir. Tədbirdə həmçinin, 20 yanvar qətliamında lentə alınmış fotolar da nümayiş olunmuşdur.
Sonra tədbir çay süfrəsi arxasında davam etmiş, diaspor nümayəndələrini maraqlandıran bu və ya digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış