2023-06-10

Praqada təşkil edilmiş “Səfirliklər Festivalı”nda Azərbaycanın stendi diqqət mərkəzində olub

İyunun 10-da Praqada “Səfirliklər Festivalı” çərçivəsində Azərbaycan səfirliyimiz tərəfindən təmsil olunub. İyirmi mindən artıq iştirakçının qatıldığı festivalda Çexiyada akkreditə olunmuş 40 dan artıq ölkənin səfirlikləri və bir sıra yerlı şirkətlər təmsil olunub. Tədbirin əvvəlində Praqa şəhər meriyasının rəhbərliyi və iştirakçı ölkələrin səfirləri qonaqları salamlayıb və stendləri ziyarət ediblər.

Musiqi əyləncə, fərqli mədəniyyətlərin və kulinariya ləzzətlərinin birləşdiyi festival yerli əhali və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Səfirliyimiz tərəfindən təşkil edilən Azərbaycan stendində milli mətbəximizə maraq böyük olub. Stendimizdə milli geyimlərimiz, albomlar, kiçik xalçalar, milli mətbəximizə məxsus xörək və şirniyyatlar, habelə “Made in Azerbaijan” brendi ilə istehsal olunan konservlər, şirələr və Azərbaycan şərabları nümayiş olunub. Qeyd edək ki, milli mətbəximizə məxsus xörək və şirniyyatlar Çexiyada iaşə sahəsində fəaliyyət göstərən azərbaycanlı iş adamları tərəfindən təqdim olunub.  Azərbaycan mətbəxinin ləziz təamları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Festivalda Praqada yaşayan gənc azərbaycanlı Kamilla Əskərova tərəfindən milli rəqslərimiz təqdim edilib. Milli geyimlərimiz nümayiş etdirilməklə K.Əskərova tərəfindən “Sarı gəlin” və “Uzun dərə” rəqsləri ifa edilib. Azərbaycan rəqsləri ziyarətçilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

Arxiv üzrə axtarış