2023-12-28

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair

Çex Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan

Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə

 

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.

Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Çex Respublikasında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədi ilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur:

Telefon: + 420 246032422; + 420 246032424.

Elektron poçt ünvanı: prague@mission.mfa.gov.azconsul@azembassy.cz

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi üçün Azərbaycan Respublikası vətəndaşlarının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (gün, ay və il), və ÇexRespublikası ərazisindəki yaşayış ünvanı barədə məlumat təqdim olunmalıdır.

 

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi.

 

 

Arxiv üzrə axtarış