2024-08-08

Səfirlikdə Avropa Parlamentinin deputatı ilə görüş keçirilib

8 avqust 2024-cü il tarixində səfir A.Məmmədov Çexiyanın Motoristlər Partiyasının başçısı, Avropa Parlamentinin yeni seçilmiş gənc üzvü cənab Filip Turek ilə görüşmüşdür.

Səfir A.Məmmədov Avropa Parlamentinə seçilməsi münasibətilə cənab F.Tureki təbrik etmiş və gələcək siyasi fəaliyyətində uğurlar diləmişdir.

Daha sonra tərəflər arasında Çexiya-Azərbaycan əlaqələri, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri və rolu və Qafqaz regionundakı geosiyasi vəziyyət barədə geniş fikir mübadiləsi aparılmışdır.   

Arxiv üzrə axtarış