2024-06-25

Səfir Adış Məmmədov Çexiya Parlamentinin Deputatlar Palatasının vitse-spikeri cənab Yan Bartoşek ilə görüşüb

25 iyun 2024-cü il tarixində səfir A.Məmmədov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının vitse-spikeri cənab Yan Bartoşek ilə görüşmüşdür. 

Görüşdə strateji tərəfdaşlığa əsaslanan Çexiya-Azərbaycan münasibətləri müzakirə olunmuş, parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir.

Səfir A.Məmmədov Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı məlumat vermiş, dayanıqlı və möhkəm sülhün yaranmasının Azərbaycanın həm siyasi, həm də iqtisadi maraqlarına tamamilə uyğun olduğunu bildirmişdir. Çex parlamentinin üzvü olan bəzi siyasətçilərin artıq tarixdə qalmış Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ya məlumatsızlıqdan, ya da bilərəkdən qərəzli mövqe nümayiş etdirdiklərini, bununla da sülh prosesinə mənfi təsir göstərdiklərini bildirən A.Məmmədov, Çexiya parlamentində belə halların bir daha baş verməyəcəyinə ümidvar olduğunu vurğulamışdır.  

Arxiv üzrə axtarış