2020-01-21

PRAQA ŞƏHƏRİNDƏ 20 YANVAR FACİƏSİNİN 30-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ FOTOSƏRGİ TƏŞKİL OLUNUB

20 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı, ölkəmizin Karlovı Varı şəhərindəki Fəxri Konsulluğunun dəstəyi ilə Praqada yerləşən “Prezident”

Otelində 1990-cu ilin 20 yanvar qətliamının 30-cu il dönümünə həsr olunmuş fotosərgi təşkil olunub. Sərgidə Sovet qoşunlarının təkcə Azərbaycanda deyil, Litva və Gürcüstanda törətdikləri qırğınlar haqqında fotolar nümayiş etdirilib. Sərginin açılış mərasimində Azərbaycanın Çex Respublikasındakı müvəqqəti işlər vəkili Etibar Abdullayev çıxış edərək, 20 yanvar hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında bəhs edib.Sərgidə Çexiyada akreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib. Sərgidə fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq broşürlər, məlumat vərəqləri tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.

Arxiv üzrə axtarış